Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Müstəqil dövlətçiliyimizin qarantı sayılan Ümummilli Lider Heydər Əliyev

0

  •         1993-cü il oktyabrın üçündə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi alternativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bundan sonra dövlət müstəqilliyimizi möhkəmləndirmək və inkişafı naminə çox böyük işlər həyata keçirildi. Əvvəlki iqtidarın ordu quruculuğu ilə demək olar ki, məğul olmaması nəticəsində hərbi hissələr siyasiləşmiş müxtəlif qüvvələrin təsiri altına düşmüşdür. Ölkədə olan ictimai-siyasi sabitliyi pozmaq, xalq iqtidar birliyinin qarşısını almaq, hakimimiyyətə silah-güc yolu ilə gəlməyə çalışan bəzi pozucu qüvvələr 1995-ci ilin Martında yenidən dövlət çevrilişi etməyə cəhd göstərdilər. Mart ayının 13-də Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları Ağstafa və Qazax rayonlarında dövlət idarələrini ələ keçirdilər. Bakı da isə Rpvşən Cavadov prezidentin və Ali Sovet sədrinin istefası tələbi ilə  çıxış etdi. 8-ci kilometr qəsəbəsində məskən salan qiyamçılar iqtidarın silahları könüllü təhvil vermək tələbinə məhəl qoymayıb hökümət idarələrini və Prezident Sarayını ələ keçirmək üçün şəhər istiqamətində hücuma cəhd etdilər. Hökümət qüvvələrinin çevik əməliyyatları nəticəsində onların qarşısı alındı. Azərbaycanı siyasi böhrandan çıxarmağa və dövlətçiliyimizi məhv olmaqdan xilas etməyə qadir olan yeganə şəxsiyyət, böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev idi. Xalqımızın Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək onu dəstəkləməsi, inam və etimad göstərməsi işıqlı gələcəyin yalnız onunla mümkünlüyünün mövcudluğu öz növbəsində dövlət çevrilişinə yönələn cəhdin  qarşısının alınmasında mühüm rol oynadı. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev daxili və xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanın ictimai, siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atdı. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ali Baş Komandan İlham Əliyev komandanlığı altında aparılan 44 günlük əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin edildi. Artıq dünyada yeni bir reallıq yarandı. Ölkə Prezidenti Cənab İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməyə nail oldu. Xalqın inam və etimadını doğrultdu.Akif Rüstəmov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib45 dəfə
    Müstəqil dövlətçiliyimizin qarantı sayılan Ümummilli Lider Heydər Əliyev

    Maraqlı gələ bilər
    50
    75
    32